Sabunçu Tibb Mərkəzinin rəhbərliyi tibb müəssisəsində rüşvətın alınmasında  maraqlıdır.

Sabunçu Tibb Mərkəzinin rəhbərliyi tibb müəssisəsində rüşvətın alınmasında  maraqlıdır.

    Bu gün ictimaixeber.org informasiya agentliyinin direktoru Sevil Kazım Sabunçu Tibb Mərkəzində qarşılaşdığı qanunsuzluqlarla əlaqədar X platformasında paylaşım etmişdir. Paylaşımda deyilir: “Sabunçu Tibb Mərkəzinə qoyulan sərmayə tibb personalının səviyyəsi ilə əks mütənasiblik təşkil edir. Bir tərəfdən tibb sahəsində TƏBİB-in idarəçiliyindən sonra rüşvətin ölmadığını, tibb işçilərinin maaşlarının yüksəldiyini və hər kəsin yüksək keyfiyyətli pulsuz tibbi xidmətlər alması qeyd  edilir, amma reallıqda bunun əksini görürük. Sabunçu Tibb Mərkəzinin tibb işçisi Mətanət Qiliyeva xəstəxanada etik davranış kodeksini pozaraq bizi içtimai yerdə təhqir etdi. Eyni zamanda Sabunçu Tibb Mərkəzinin baş kassırı rolunda çıxış edərək verilən pullara onun nəzarət  etdiyini qeyd  etdi.
 Bu barədə etdiyimiz  şikayət və narazılıqlara oradakı həkim heyyəti heç bir  reaksiya vermədi. Baş verən insidentdə etik davranış kodeksinin pozulması, vəzifə səlahiyyətlərindən sui istifadə, dövlət qulluqçusunun vətəndaşlara qarşı nəzakətsizliyi kimi ciddi qanun pozuntusu olduğu halda, bu  Sabunçu Tibb Mərkəzinin rəhbərliyi tərəfindən normal hall kimi  qəbul edildi. Buradan açıq görmək olur ki, Sabunçu Tibb Mərkəzi rəhbəri xəstəxanaya gələn xəstələrdən pul tələb edilməsində maraqlıdır.”
  Məsələ ilə əlaqdar TƏBİB və Sabunçu Tibb Mərkəzi mövqeyini öyrənmək istəsəkdə, mətbuat və  ictimai əlaqələr şöbəsinin rəhbərləri ilə əlaqə saxlamaq münkün olmadı. Mövzunu diqqətdə saxlayacayıq.  

 
Cəmil Hacıyev.


Комментарии (0)