Bu cürə inkişafla gərək ölkədə həll olunmamış şikayət ərizəsi qalmasın.
İctimaixəbər portalına daxıl onlan şikayətdə Cəmil Malikoğlu bildirilir:
" DYP-nin mənə qarşı qəbul etdiyi ədalətsiz qərarından II dəfə Ombudsman aparatına müraciətdən sonra 25.01.2023-cu il tarixdə təxminən saat 17-50 radələrində 012 342 0770 şəhər telefonundan zəng gəldi. Mənə özünü DİN əməkdaşı kimi təqdim etdi, familiyası yadımda qalmadı amma adı Ceyhun idi.
Mən hər iki protokol üzrə dərhal və vaxt bitmədən müraciət etsəmdə o bunu sistemdə görmədiyini bildirdi və Ombudsman aparatından daxil olan məktub əsasında əlaqə saxladığını bildirdi.
Qeyd etdim ki, DYP-nə e-müraciət portalı vasitəsi ilə https://www.dyp.gov.az/?/az/online/ etdiyim müraciətlər cavabsiz qaldığından və bu barədə heç bir yerdə heç bir araşdırılma aparılmadığından Ombudsman aparatına yazmışdım. Lakin Ceyhun adlı polis əməkdaşı şikayətin həll olunması əvəzinə zəng edib mənimlə kobud danışaraq telefonda dava edirdi. Biridirdi ki, DYP heç bir müraciətin daxıl olmayıb və Ombudsman niyə müraciət edirsən. Mənim harada işlədiyimi, hansı vəzifə daşıdğımı araşdırır, DİN-ə etdiyim ümumi şikayətləri qaldırıdı. Danışıqlar dinlənilsə bir daha başa düşmək olar ki, polis əməkdaşı qərəzlidir və mahiyyəti üzrə danışmır.
Mən ona həm Nəsimi rayonun ərazisində, həmdə Yusif Səfərov küçəsində mənə tətbiq edilən ədalətsiz cəimələri və polisin bu barədə sübütünun olmamsını qeyd etdim. Lakin kobudluqla başlayan telefon danışığını elə "sənə cavab veriləcək deyib" kobudluqlada bitirdi.
Bu qaydada vətəndaşın müvəkkili olmaq olmaz, bəs ədələtli yanaşma hardadır?
DİN Vilayət Eyvazovun nitqinə baxın: "Polis vətəndaşın quvən yeridir." Belə rəftarın harasına qüvənmək olar? Hər iki hal üzrə həm Yusif Səfərov küçəsi ilə gedən zaman, həmdə Nəsimi rayonunda yol polisi barəmdə ədalətsiz qərar qəbul etmişdir və bu günə kimi etdiyim şikayətlər heç bir halda baxılmamış və mənim iştirakimla araşdırılmamışdır. Xahiş edirəm bu barədə bir daha DYP-nin vətəndaşlar qarşısında vəzifə borcunu xatırladın. Mənim şikayətimin düzgün araşdırılması üçün DYP-ə lazımı məktubu göndərin.
Hörmətli Aydın m. , bu cürə sürətlə hara getmək olar, adi bir şikayət həllini tapmaq üçün neçə instansiya, neçə il vaxt gedir. Siz adi vətəndaş olsanız belə ölkəni, belə idarəçiliyi qəbul edərsiz ya vətəndaşlıqdan imtina edərsiz? "
İctimaixəbər.org portalı olaraq adı çəkilən tərəflərin mövqeyini dərc etməkdə maraqlıyıq.









