Xalq sığorta vətəndaşı aldadır
İctimaixəbər.org-a daxil olan məlumatda şikayətçi Cəmil Hacıyev Xalq Bankın alt qurumu olan Xalq Sığortadan şikayətçı olduğunu və bunula əlaqədar həm Xalq Sığortaya , həmdə Mərkəzi Banka şikayət etdiyini, lakin bu günə kimi problemin həll edilmədiyini bildirir. H. Cəmil şikayatındə qeyd edir: " Etibarnamə ilə idarə etdiyim 1399 kub metr həcimli kiçik tutumlu avtomobilin sığortası ilə əlaqədar Xalq Sığortaya müraciət etdik, şəhadətnamə yaradıldı və kart vasitəsi ilə "online" ödənişi Access Bankın hesab.az portalı vasitəsi ilə etdik. Lakin Xalq Sığorta bunu qəbul etmədi. Tələb etdilər ki, ödənişi ABB bankın hökümət portalından edim. Bunuda etdim və sığortanı aladım. Lakin Xalq Sığortanın hesabında qalan birinci məbləqi qeri ödəmədilər. Bunula əlaqədar danışıqlar və şikayətlər heç bir nəticə vermir. Hərçəndi ki, Xalq Sığortanın Neftçılır filialına ərizə ilə müraciət etsəmdə ərizəmi qəbul etmədilər. Mərkəzi Banka etdiyim şikayət, Xalq banaka oradanda mənə belə bir yalanla dolu cavab gəlib ki, mən müraciət etmirəm ki, pulu geri almağa. İndiki zamanda kim öz halal pulundan imtina edir?
Xalq Sığortanın blankında İdarə Heyətinin sədri R.A.Vəliyev imzası olmadan, icraçı, D.Y.Yaqubov adı olan və Günay Osmanova tərəfindən e-maillə göndərilən məktubda isə tam əksi yazılır və məni günahkar çıxardıllar ki, ödənişin geri verilməsi üçün müraciət etməmişəm. Belə yalançı insanlara deməyə sözüm yoxdur. Mərkəzi Bankda çox gümanki, Xalq Sığortanın yalan dolu məktubuna istinad edəcəkdir. Məsələnin ictimailəşdirərək qanunların icrasına nəzarət edən orqanlara işi arşdırmağa və bu işdə vəzifə səlahiyyətlərini icra etməyən işçilər barəsində intizam tədbiri görülməsi üçündə müraciət edirəm."
İctiamixəbər.org olaraq şikayətdə adı çəkilən bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq.