Bravo marketlər yenədə xalqı aldadir.
İctaimai fəal Cəmil Hacıyev Bravo marketdə üzləşdiyi haqsızlıq barəsində öz facebook səhifəsində paylaşım etmişdir. O qeyd edir ki: "Bravo marketin elan etdiyi və rəsmi saytlarında yerləşdirdikləri elan həqiqətləri əks etdirmir. Yenədə xalqı aldadir. 20 manatlıq məhsul alan muştərilər aftomatik lotareyaya qoşulmalı olduğu halda, Nəsimi mertosu yaxınlığındakı dükanın müdürü yalnız xüsusi məhsullar almaqla qoşulmanın münkün olduğunu bildirir. *2266 Bravo marketin müstəri xidməti isə bunun yalnız umico tətbiqi vasitəsi ilə olmasını israrla qeyd edir. Rəsmi saytda isə 20 manat məhsul alıb umico tətbiq və ya kartı kassirə təqdim olunan andan iştirakçı olması bildirilir. Bu sadə xalqın aldadılmasıdır, lotareya keçirən şirket lotareyanın müdətini və final mərhələsini əvvəlcedən qeyd etməlidir. Bravo bu haqqda heç nə qeyd etməyib və bu sadəcə yalan reklamdır ki, bu həm Reklam haqqında Azərbaycan Respublikasının qanuna, həmdə İstehlakçıların hüquqlarına ziddir. Hamını Bravo marketləri baykota çağırıram."
İctimaixeber.org olaraq Barvo marketin ictimai elagələr şöbəsi ilə əlaqə yaratmaq cəhdlərimiz alınmadı. Buna görə bütün tərəflərin mövqeyini bir daha işiqlandırmaqda maraqlıyıq.





