Cəmil Hacıyev yenə polisin hədəfindədir.

Cəmil Hacıyev yenə polisin hədəfindədir.

İş günləri  başlayan kimi yenə daha  bir  teleqram aldıq. Cəmil Hacıyevi bu dəfə Bakı Şəhər  Baş Polis  İdarəsinə çağırıllar. Bu  barədə  Cəmil  Hacıyevin bacısı  Sevil xanım redaksiyamıza xəbər  verib. O bildirir  ki: "Cəmil Milli Şuranın hər  hansı  tədbirində  iştirak  edən kimi onu  ya  həbs  edilər yada, polis  bölməsində  qol  qabirğasını  sındırıb buraxırlar. Yanvar aının 10da onu  yenidən polis  bölməsində əli  qandalı şəkildə döyəndən sonra, yanvarın 18-də 20 gün həbs  ediblər. Bu barədə bizə onun yanında həbsini bitirən bir  nəfər  xəbər  verdiki, Cəmili 20 günlük həbs ediblər  və ora xüsüsi adamlar gəlib ona  işgəncə  verillər. Cəmil  məhkəməyə vəkilsiz çıxarılıb eyni zamanda ona yaxınlarınada məlumat  verməyə imkan verməyiblər. 2 aprel tarixində yenidən teleqram almışıq. Mart  ayının 19da  böyük  qardaşım İlham Hacıyevi evimizdən zorla mülkü maşına basıb  apardılar. Bu azmış kimi mülki geyimli,  özlərini  təqdim etmirlər. DİN-nin 102 xidməti bizim ailənin şikayətinə baxmır. Bizim ailəmiz  bu ölkədə xalq düşməni statusundadır. Yaşadığımız  mənzilə gələnlər Cəmili axtardıqlarını və çağırış  teleqramlarına  niyə gəlmədiyini soruşurlar. Onlar Cəmilin  siyasi faəliyyətinə  görə ikinci  kurs tələbəsi  olan qardaşım oğlunun həbs edilcəyi və mənim azyaşlı evladımın məhkəmə vasitəsi ilə əlimdən alınacaqları ilə  hədələyirlər. Həyat yoldaşımı polisə aparıb mənə qarşı qoyurlar. Qardaşım daha oğluna  maşın sürməyi qadağa  edib, hər  dəfə heç bir inzibatı xəta törədmədiyi halda zorla  maşını onun əlindən alıb, cərimə meydançasına  qoyurlar. Sonda qanunsuz şəkildə elə protokollar  yazırlar  ki, cəriməsi 1000 manata  yaxın olur. Bütün bunlar Cəmilin Milli Şuranın və  Xalq parlamentinin üzvü  kimi siyası fəaliyyətin ilə əlaqədardır. Görünən budur  ki, YAP  hakimiyyətinə  qarşı olan bütün aktivistlər ya həbs  edilməlidir yada siyasi ombisiyalarından əl  çəkməlidir. Cəmil  heç  vaxt xalqın malını  talayan YAP  hakimiyyəti ilə razılaşmayacaq. Onun tənqidi çıxışları  hər  bir  sadə  vətəndaşın ürəyindən xəbər  verir"

Məsələ ilə əlaqədar Bakı Şəhər  Baş  Polis İdarəsi ilə  dəfələrlə əlaqə saxlasaqda məsələ  barəsində məlumat  verməkdən imtina  etdilər.  

 

Комментарии (0)