QHT sədri dənizlərin çirklənməsidən həyacan təbili çalır.
Şəffaf İdarəçilik İctimai Birliyinin sədri Cəmil Hacıyev dənizlərin çirklənməsidən həyacan təbili çalaraq bildirir: Əvvəki dövür üçün əsasən sənaye və kənd təsərrüfatı tullantıları, gəmiçilik, neft və qaz buruqları, eləcə də plastik tullantılardan Xəzərin cirklənməsi müsahidə olunurdu bu hallar yenədə qalmaqdadır. Əhalinin artımı və kanalzasiya sisteminin olmaması nəticəsində Xəzər ətrafı obyetlər tullantı sularını təmizlənmədən dənizə axıdılması dahada artmışdır. Bu hallar Astara rayonun sahilindən başlayaraq şimal sərhədindəki Nabran məntəqəsinə kimi görmək olur. Əlaqədar təşkilatlar bu halları görməzdən gəlir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi və FHN əməkdaşları yalnız bölgələrdə rüşvət yığmaq, həmin obyetlərdə kütləvi şəkildə pulsuz yeyib-içməklə məşquldur. Obyekt sabhiləri onları yoxlamağa gələn məmurlar barədə kameraya danışmaqdan imtina etsələrdə bu halların ən azından ayda birdəfə olmasa üstəlik yay dönəmində əlavə pulda verilməsini bildirdilər. Əvvəki Azərsu hazirda isə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti adlanan bu təsisatın işçiləri isə heçdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və FHN əməkdaşlarından geri qalmırlar. Beləki bu qurumun 20 il ərzində dövlər büdcəsindən ayırmaları 2 milyarddan çox olduğu, Bakı və Bakıətrafı ərazılırdə, eyni zamanda respublikanın iri şəhər və qəsəbələrində kanalzasıya sisteminin tam, müasir standartlara uyğun qurulması öhdəliyi olduğu halda, öhdəlik nəinki Bakı və Bakı ətrafı ərazilərdə heç bir digər rayonlardan belə söz gedə bilməz.
QHT sədri bildirir ki, bu sahədə dövlət büdcəsindən ayırmalarda ciddi korrupsiya vardır. Xəzər dənizinin ekosisteminin qorunması məqsədilə dövlət səviyyəsində xüsusi proqramlar qənaət bəxş formada həyata keçirilmir. Təmizlənməmiş sənaye məhsulları, çaylardan gələn çirkab suları, mikroplastiklər və radioaktiv tullantılar dənizlərə ən böyük təhlükəni yaradır. Xəzər sahillərində çirklənmənin azaldılması üçün təmizləmə aksiyaları və ekoloji tədbirlər təşkil epizodik ve imitasiya xarakterlidir. Plastik tullantılar isə dəniz ekosistemini ciddi şəkildə zədələyərək, qida zəncirinə daxil olmaqla insan sağlamlığına da mənfi təsir göstərir".
QHT sədri dənizlərin çirklənməsinin qarşısının alınması üçün beynəlxalq ekspertlərin ölkə üzrə qiymətləndirməsinin vacibliyini vurğulayıb ki, bəlkə bundan sonra prezident bu sahəyə diqqəti artar və əlaqədar qurumlar hərəkətə keçər.









