Avropadan kimlər deportasiya olunacaq? Elşad Abdullayev üçün "son zəng"

Avropadan kimlər deportasiya olunacaq? Elşad Abdullayev üçün "son zəng"

Avropa ölkələrinə sığınan siyasi mühacirlər üçün çətin günlər yaxınlaşır. İctimaixeber.org-a  daxil olan məlumatlara görə, siyasi mühacirlərin daha çox olduğu ölkələr artıq bu məsələni ciddi sosial problem kimi görür və mühacirlərin deportasiyası prosesini planlaşdırır. İstifadə müddəti bitən blogerlər və fəallar öz ölkələrinə təhvil verilə bilər.

Xüsusilə Almaniya ön plana çıxır. Məlumatlara görə, ölkənin yeni kansleri Fridrix Mertz mühacirlərlə bağlı yeni qanunun qəbuluna çalışır. Yeni qanunda Almaniyaya sığınan mühacirlərin sıravi vətəndaşlar kimi işləməsi və əks halda deportasiya olunmaları nəzərdə tutulur. Artıq mühacirlərin də bu prosesdən xəbərdar olduğu bildirilir və bəzi şəxslərin Almaniyanı tərk edərək digər ölkələrdə məskunlaşmağa çalışdığı qeyd olunur.

Məlumatlara görə, Almaniyada qəbul olunacaq bu qanundan sonra digər Avropa ölkələrinin də analoji addımlar atması gözlənilir. Siyasi mühacirlərin daha çox olduğu ölkələrdən biri də Fransadır. Almaniyadan sonra Fransa siyasi mühacirlərlə bağlı yeni qanun qəbul edə bilər.

Fransaya sığınan mühacirlər arasında vaxtilə hakimiyyətin yaratdığı imkanlardan istifadə edərək oliqarxa çevrilmiş şəxslər də var. Onlardan biri Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayevdir. Uzun illərdir ki, Azərbaycanı tərk etmiş Elşad Abdullayevin rektoru olduğu ABU da həmin dövrdə fəaliyyətini dayandırıb. Onun Azərbaycandan getməsinin səbəbi rəsmi olaraq məlum deyil, lakin açıqlamalarında özünü əzabkeş kimi göstərərək hakimiyyəti ittiham edir.

Həqiqətdə isə Elşad Abdullayev Azərbaycanda olarkən siyasi çıxışlar etməmiş və hakimiyyəti tənqid etməmişdir. Onun hakimiyyətlə problemi daha çox şəxsi maraqlardan qaynaqlanıb və bu məsələdə keçmiş rektorun özünün də məsuliyyəti var. Fransaya sığındıqdan sonra o, Azərbaycan hakimiyyətinə qarşı əsassız ittihamlar irəli sürüb və beləliklə, əgər geri dönsə, səsləndirdiyi böhtanlara görə məsuliyyətə cəlb oluna bilər.

Avropa ölkələrində siyasi mühacirlərlə bağlı yeni qanun qəbul edildikdən sonra çox sayda mühacirin deportasiya olunması ehtimal olunur. Elşad Abdullayev və onun kimilərinin sıravi vətəndaş kimi bu ölkələrdə işləməsi isə inandırıcı görünmür.

Beləliklə, Avropaya sığınıb hakimiyyətə qarşı çıxan, vəzifəli şəxsləri təhqir edən və böhtanlar yağdıran siyasi mühacirlər, o cümlədən Elşad Abdullayev, çətin günlərə qədəm qoyur. Onların gələcək taleyi zamanla müəyyən olunacaq.

Комментарии (0)