DİN hər vasitə ilə Cəmil Hacıyevin gününü qara edir.

DİN hər  vasitə ilə Cəmil Hacıyevin gününü qara  edir.

İctimaixəbər.org portalına daxıl olan məlumatda ictimai fəal, Milli Şuranın üzvü Cəmil Hacıyev  bildirir  ki: "2017-ci ildə əvvəlcədən elan edilmiş etiraz aksiyasasına gedərkən Binəqədi RPİ-nin mükli  geyimliləri tərəfindən saxlanılıb,  Binəqədi rayon polis idarəsinə aparıldım . Axşam saatlarına kimi orada saxlanıldım saat 18-00 radələrində 5-ci polis  bölməsinə gətirildim, orada barəmdə protokol yazıldı və  məni məhkəməyə apardılar. Saxlama zamanı və idarədə mənə qarşı zor tətbiq edilirdi, eyni zamnda məni döyəndə paltarlarımı cırdılar. Saat 19-00 radələrində məni Binəqədi Rayon Məhkəməsinə gətirdilər. Orada polislər mənim üzümə  durdular ki, onların qanuni tələblərinə tabe olmamışam və küçədə uca səslə söyüş söydüyümə görə saxlnılaraq idarəyə gətirilmişəm. Hakimə etiraz etdim və bildirdim ki, heç belə  bir  şey  olmayıb, evimdən çıxıb etiraz aksiyasına gedəndə  məni üstümə mülkü qeyimlilər tökülüb, mülkü  maşına basdılar. Bu camaatın gözü qarşısında oldu.  Hakim müşavirəyə gedib məni  polisin qanuni tələblərinə tabe  olmadığım üçün 200  manat  çərimə etdi. Bu cəriməni ödəmədim, işləmədiyim haqqında arayışı Binəqədi Məhkəmə İcra şöbəsinə təqdim etdim. Oradada mənimlə çox pis  davranırdılar. İcraçı nalayıq ifadələrlə deyirdi:" Pulun yoxdur cəhənnəmə ki, get hambalıq elə. Gətir dövlətin borcunu ver."

Mən ərizə yazıb , cəriməni ödəyə bilmədiyim üçün ya  həbs yada ictimai işlərlə əvəz olunmasını bildirdim , işsizlikdən arayışıda təqdim etdim. 2021-ci ilin sonunda  atama məxsus köhnə juqili maşını satıb ucuz bir  Opel Astra 1.4 həcimi maşın aldıq, maşını mənim adıma sənədləşdirdik. 2022-ci ildə maşına həbs qoyub əlimizdən aldılar ki, dövlətə ödənilməmiş 200 manat  borcun var. Borc maşına  yönləndirildi, maşın əlimizdən alınaraq cərimə meydançasına  aparıldı. 

Dəfəflərlə ərizə  və şikayət yazıb bildirdim ki, həmin dövürdə ərizə və arayış təqdim etmişəm ki, işsizliklə əlaqədar cərimə ictimai işlərlə əvəzlənsin amma bu günə kimi Binəqədi Rayon Məhkəmə İcra şöbəsi heç bir hərəkət  etməyib. Burada mənim günahım yoxdur  və xitam qərarı verilməlidir  amma bunu etmirlər."

Məsələ ilə bağlı hüquq müdafiəcisi Rəsul Cəfərov  bildirir ki: " Binəqədi Rayon Məhkəmə İcra şöbəsi 5 il ərzində borcu tələb etməyibsə və  bu barədə heç bir  tədbir  görməyibsə bu halda yenidən tələb etmək qanuna ziddir. İnzibati Xətalar Məcəlləsinin 146.1-1. İnzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 (beş) il müddətində icra edilməmişdirsə, daha icra edilmir. 

Lakin hakimiyyət Cəmil Hacıyev və digər ictimai fəallara qarşı  hər zaman qanunsuz əməllərə yol  verir. Bu  bir başa insan hüquq və azadlıqlarının ciddi pozuntusudur." 

Комментарии (0)