Ziraatbankın baş ofisində qoçuluq, mühafizə xidməti vətəndaşın bank rəhbərliyi ilə görüşünə imkan vermir.
Bu gün günorta saatlarında Şəffaf İdarəçilik İctimai birliyinin sədri Cəmil Hacıyev bank hesabındakı əvəzlənən vəsaiti çıxıarmaq üçün banka getsədə saatlarla orada saxlanılıb. Beləki müştəri təmsilçisi Mirhəşim İsmayyilli bütün sənədləri kassaya göndərsədə, kassa əməıiyyatlarına qərar verən Abbasova familiyalı xanım iki saatdam çox vaxt yubadmaqla QHT Agentliyi ilə Şəffaf İdarəçilik İB arasında olan müqaviləni, Ədliyyə Nazirliyinin bildirişini tələb etmiş, daha sonra minnətlə bu işə görə nahar fasiləsinə getmədiyini bildirmişdir. Cəmil Hacızadə bildirir ki: "Müqavilə və bildiriş ilk gündən banka təqdim edilmişdir. Abbasova xanımın yenidən bu səndələri tələb edib vaxt alması heç cürə başa düşülən deyildi. İstədikləri sənədlər təqdim edilsədə yenədə vəsaitin verilməsinə icazə verilmir. Bu arada bankın rəhbərliyindən bir nəfər belə yoxdur ki, məsləyə aydınlıq gətirsin. Hüsüynov familiyalı təhlükəsizlik xidmətinin işçisi isə baş ofisdəki rəhbərliklə görüşü əngələyir və şikayət barədə təcili elə həmin xanıma xəbər edir.
Cəmil Hacıyev bildirir ki, onun telefonu və özü daim nəzarətdədir. Hakimiyyət istədiyi halda mənim ziyanıma istədiyi qanunsuz əməli həyata keçirə bilir.
Bundan sonra 5055616 əlaqə vasitəsi ilə dəfələrlə əlaqə saxladıq və bankın müştəri xidmətlərinin rəhbəri İsmayıl Əmənovla danışdıq. İsmayil müəllim işi araşdırmadan bankda işləyən xanımı müdafiə etdi və etik davranış kodeksini pozdu. Hərçəndi ki, müştəri məmuniyyəti və müstərinin daim düz olması prinsipi gözlənilməli idi. Yəgin ki, bankın rəhbərliyi bu məsələdə müştərlərlə qeyri peşəkar davranan bankın işçiləri haqqında ciddi təmbeh tədbiri görəcək"
İctimaixeber.org xəbər portalı adı keçən hər bir şəxsin və ümumilikdə bankın mövqeyini dərc etməkdə maraqlıdır.





