Həbsxanaya narkotik keçirilməsinin qarşısı alındı.

Həbsxanaya narkotik keçirilməsinin qarşısı alındı.
Bakı istintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb.
 
Penitensiar Xidmətdən  verilən məlumata görə, məhkum Abasqulu Namazova tanışı Tamerlan Hüseynov tərəfindən gətirilmiş sovqata baxış keçirilərkən orada 5 ədəd plastik yoqurt qabının içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə metamfetamin, marixuana, heroin və metadon aşkar olunub.
 
Faktla bağlı araşdırma aparılır.

Комментарии (0)