Əzizə Seyidovanın yaxınları qeyri peşəkar media qurumlarının "şəxsi həyata" müdaxiləsini qınadılar.
16.03.2023 tarixində, Bakı şəhərinin Sabuçu rayonunun Məştəğa kənd sakini Seyidli Əli Yaşar oğlu öldürülmüş və onun həyat yoldaşı 23 yaşlı Seyidova Əzizə şübhəli şəxs qismində təqsirləndirilərək həbs olunmuşdur.Qətil hadisəsi ilə əlaqədar hal-hazırda Ağır Cinayətlər Məhkəməsində istintaq gedir. Məsələ ilə əlaqədar qətlin törədilməsində sifarişçi kimi ittiham olunan Əzizə Seyidovanın yaxınları media qurumlarının hadisələri bir tərəfli və qarşı tərəfin marağına uyğun yayımlanasından şikayət edirlər.
Onlar qeyd edirlər ki: “Hələ məhkəmə araşdırması yeni başlayıb, istintaqın sonu məlum deyil. 1-ci məhkəmə iclasında tərəflərlə yanaşı jurnalistlər də iştirak edirdilər. Onlar fürsətdən istifadə edərək, gizlicə Seyidova Əzizənin şəklini çəkiblər. "Qafqazinfo"-un jurnalisti Sail Ağasəlim xüsusi canfəşanlıqla Əzizə Seyidova haqqında şəkli ilə birlikdə bu məlumatları mediada paylaşım etmişdir. Ona istinadən də,"Lent.az", "Exonews_az" , "Patrul.az", "APA TV", "Sfera.az", "Baku plus.az", "News 24.az", "Xəzər tv", İctimai Tv", "Baku tv" və digər saytlar da geniş miqyasda mediada paylaşım etmişlər. Hətta APA TV daha da irəli gedərək, bu barədə "şəxsi həyata müdaxilə edən " videorolik də hazırlayıb, Əzizə Seyidovanın şəkili ilə birlikdə mediada paylaşım edib. Afərin, belə jurnalistlərə və jurnalistkaya!
Sail bəy, əgər siz məhkəmə iclasını diqqətlə izləmizsinizsə, bəs nə üçün Mehdi Məmmədovun məhkəmə iclasında verdiyi ifadəni olduğu kimi xalqa çatdırmırsınız? Axı, Mehdi Məmmədov dedi ki - "Mənim Seyidli Əli ilə şəxsi haqq-hesabım olub, burada Əzizənin heç bir günahı yoxdur, onun xəbəri olmayıb.O ərinin qətlini sifariş etməyib. Əzizə çox namuslu qadındır." Siz ki, peşəkar jurnalistsiniz?!!!
İndi sizə müraciət edirəm, media nümayəndələri və dəyərli xalqıma, istintaq başa çatmamış, hakim hökm verməmiş, məhkəmə qərarı elan edilməmiş, bu özünü jurnalist adlandıranların, bir insanın, gənc bir qadının, həm də ana olan gənc bir qadının şərəf və ləyaqətini alçaltmaları nə dərəcədə doğrudur? Axı, jurnalistlərin yazdıqları və yaydıqları hər bir sözün, cümlənin arxasında bir insan taleyi və insan həyatı dayanır!!! Həqiqəti tam bilməmiş, gizlicə şəkillər çəkilməsi, videoroliklər düzəldilməsi və xüsusi bir canfəşanlıqla, böyük bir ruh yüksəkliyi ilə mediada paylaşılmasını rəva bilən jurnalistlərin buna haqqı varmı? Jurnalistika sahəsində və jurnalistka qanunvericiliyində belə bir qanun varmı ki, istintaq sona çatmamış kiminsə şəkillərini mediada paylaşım edərək ictimaiyyətə yaysınlar.? Hörmətli APA Tv, jurnalist Sail Ağasəlim və digərləri, siz hansı bir haqla belə addım atıb, bir insanın, gənc bir ananın şərəf və ləyaqətini alçaldır və eyni zamanda o körpə balanın da gələcək həyatını ləkələyirsiniz? Sizi buna nə vadar edir? Heç olmasa gözləyərdiniz məhkəmə qərarı çıxardı, ondan sonra reyting yığmaq xatirinə, yalanlarla dolu, sensaiya xarakterli xəbərlərinizlə insanların beynini zəhərləyərdiz. Məqsədiniz nədir, ay özünü jurnalist adlandıranlar! ALLAH'dan qorxmursunuz ?Jurnalistika qanunlarına görə siz hər hansı hadisəni işıqlandırmaq istəyərkən, qarşı tərəfin də fikrini almalı idiniz, qarşı tərəfin vəkilinin açıqlamasını ictimayyətə çatdırmalı idiz. Amma siz, hələ istintaq başa çatmadan, Əzizə Seyidova haqqında ciddi ittihamlar ictimailəşdirmisiniz. Əzizə Seyidovanın bu cinayətin sifarişçisi olması hələ sübuta yetməyib. Lakin siz onun şərəf və ləyaqətinə, nüfuzuna ləkələr vurub, onu ittiham edirsiniz ki, bu cinayəti guya o sifariş edib və, bunu böyük bir zövqlə, həzz ala-ala ictimaiyyətə yayırsınız. Hanı sizin tərəfsizliyiniz? Defamasiya anlayışına belə riayət edirsiz?
Mənim dəyərli Xalqım, Sizə mürəciət edirəm, bir işin, hadisənin necə baş verdiyini bilmədən mühakimələr yürütməyin. Əzizənin nələr yaşadığını bilmədən ittiham etməyin. Əzizənin ünvanına artıq əskik danışanlar, məgər siz orda olmusunuz, gözünüzlə görmüsünüz, şahidi olmusunuz? Xahiş olunur dəqiq bilmədiyiniz şeylər haqqında heç vaxt heç kimi mühakimə etməyin! Unutmayın ki, başınızın üstündə ALLAH var!”
İctimaixeber.org olaraq adı çəkilən bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.







