Dövlətə və dövlətçiliyə xəyanətin bir növü, vəzifə səlahiyyətlərindən öz xeyrinə istifadədir. YAP başa keçirdiyi amma ləyaqəti olmayan vəzifə sahibləri dövlət büdcəsi hesabına varlanmaq yarışındadır. Bu o büdcədir ki, sadə vətəndaşdan tutulan vergi, rüsum , onun malik olduğu sərvətlər hesabına formalaşır.
Vay o gündən ki, xalqın ziyalısı sayılan şairi , yazıçısı rüşvətə , var dövlət hərisliyinə bulaşmış olsun. Bu dövlətin deyil, insan cəmiyyətinin məhvinə aparan xüsusiyyətdir ki, çox təəssüf belə hallar bu gün Azərbaycan Yazışılar Birliyində baş verir.
Azadlıq qəzetinin redaktoru Rövşən Hacıbəyli öz facebook səhifəsində etdiyi paylaşım Azərbaycan Yazıçılar Birliyinin əsil simasını ortaya qoyur.
Paylaşmada bilidirilir: "Üzümüzə gələn həftə maraqlı olacaq, həm də çox maraqlı...
AYB-dən son dəfə ev alanların adları:
1. Xanəmir- ikinci dəfədir AYB-dən ev alır
2. Dəyanət Osmanlı – o da ikinci dəfə ev alır.
3. Narıngül Nadir- demirəm pis insandır, pis yazıçıdır. Amma Allaha and olsun ən azı iki evi var.
4. Şəfəq SAhib - onun da iki evi var.
5. Arifə Əliyeva – yüz ildir AYB-də kadrlar şöbəsinin rəhbəridir - üçüncü dəfədir dövlətdən ev qamarladığı
6. Şəmsiyyə Camalava - adicə komputer operatorudur ( düzdür, sənədə əsasən AYB tərcümə mərkəzinin işçisidir)- ədəbiyyata dəxli yoxdur, amma AYB üzvüdür, birillik prezident təqaüdü də alıb.
7. Ulucay Akif - evi var, nənəsi bağışlayıb, subaydır. Taleh Mansur iki uşaqla kirayədə qalır, o yada düşmür ev veriləndə, Ulucay Anarı qəşəng söydüyü üçün onun adını siyahıya yazırlar
8. Güləmayıl - başqalarının şeirlərini oğurlayıb AYB-ə üzv olub, özünə iş tapıb orda. Evi də var, bağ evi də
9. Elxan Zal - ola bilməz onun evi olmasın
10. Firuz Mustafa - onun da evi var.
11. Rauf Aslanov - Anarın müşaviri. Ən azı 3-4 evi, bağ evi var.
12. Anarın sürücüsü.
P.S.Həqiqətən ədalətsizlik olub, gərək Elza Seyidcahana da ev verərdilər( "