Saatlı Rayon Tibb Kollecinin rəhbəri xalqla hakimiyyəti üz üzə qoyur. Saatlıda qarşıdurma.
Saatlı Rayon Tibb Kollecinin rəhbəri, həkim Mürsəlov Kamal Əlimuxtar oğlu tərəfindən qeyri-şəffaf hərəkətlərin həyata keçirildiyi iddia olunur və bu vəziyyət Saatlı rayon ictimaiyyətində narazılıq doğurur.
Saytımıza daxil olan məlumata əsasən, Saatlı rayon sakini Fərman Kərimov bildirir ki, təxminən 2 ay əvvəl Saatlı Rayon Tibb Kollecinə büdcədən ayrılan vəsaitlərin xərclənməsi ilə bağlı məlumat əldə etmək məqsədilə rəsmi sorğu ünvanlamışdır. Lakin Saatlı Rayon Tibb Kolleci vətəndaşın konstitusion hüquqlarına hörmət etməyərək sorğunu cavabsız qoymuşdur.
Fərman Kərimov qeyd edir ki, bu məsələ ilə bağlı Ombudsman Aparatına və Şirvan Şəhər İnzibati Məhkəməsinə müraciət etmişdir. Bununla əlaqədar olaraq, Ombudsman Aparatı Saatlı Rayon Tibb Kollecinə vətəndaşın sorğusunun qanunvericiliyə uyğun cavablandırılması barədə məktub göndərmişdir. Şirvan Şəhər İnzibati Məhkəməsində isə işə hələ baxılmamışdır.
Saatlı rayon ictimayyətini rəhbərlik qarşısında sual qaldırır ki:" Rayonda savadlı və gənc kadrlar işsiz olduğu halda nə üçün Mürsəlov Kamal həm Saatlı Mərkəzi Xəstəxanasında ,həmdə Saatlı Rayon Tibb Kollecinin rəhbər vəzifədə işləyir.
Qeyd edirik ki, Fərman Kərimov Saatlı rayonunda fəallığı ilə tanınan sakinlərindəndir.
Məsələni diqqətdə saxlayacağıq.
Cəmil Hacıyev.





